Qlobal marka olan Coca-Cola "Costa" qəhvə şəbəkəsini 5,1 milyard dollara satın alıb.
FED.az xarici mediaya istinadla xəbər verir ki, şirkət bununla isti içki bazarına daxil olmaq niyyətindədir.
"Costa" qəhvə şəbəkəsinin sahibi "Whitbread"-in rəhbəri Alison Brittain "Coca-Cola" bu qiymət təklifinin şirkətin səhmdarları üçün "möcüzə" olduğunu söyləyib.
"Costa markasını Coca-Cola'nın qlobal məhsul və paylama qabiliyyəti ilə birləşdirmək çox strateji bir fürsətdir" - deyə Brittain hadisəni dəyərləndirib.
Coca-Cola CEO-su James Quincey isə bu razılaşmanın şirkətinə qəhvə sahəsində ixtisaslaşmasına təkan oldunu vurğulayıb:
"Sistemimiz "Costa" markasını böyütmək üçün müxtəlif fürsətlər verə bilər. İsti içki sektoru Coca-Cola'nın qlobal marka sahibi olmadığı bir neçə sahədən biridir. "Costa"nın güclü bizə qəhvə bazarına daxil olmağa kömək edəcək".
Coca-Cola isti içki satacaq - YENİ ŞİRKƏT ALDI
22:19
4 Sen 2018