Azərbaycandakı "Coca-Cola" məhsulları istehsalçısının da bağlı olduğu "Coca-Cola İçecek" şirkətinə yeni maliyyə direktoru (CFO) təyin edilib.
ELƏCƏ DƏ BAX: "Nəqşicahan Qrup Şirkətləri İttifaqı" adlı yeni şirkət yaradılıb
FED.az-ın məlumatına görə, "Anadolu" Qrupunun əsas səhmdarı olduğu, Türkiyə ilə yanaşı, Azərbaycan, Orta Şərq, Orta Asiya və Pakistanda fəaliyyət göstərən "Coca-Cola İçecek" şirkətində Maliyyə direktoru (CFO) vəzifəsinə Andriy Avramenko təyin edilib.
"Coca-Cola" sistemində 1999-cu ildən bəri müxtəlif vəzifələrdə işləmiş Avramenko, 1 Yanvar 2019-da vəzifəsinin icrasına başlayacaq.
Ukraynada Kiyev Dövlət Universitetinin Beynəlxalq İqtisad fakültəsindən magistr dərəcəsinə malik olan Andriy Avramenko, karyerasına 1994-cü ildə "Artur Andersen" şirkətinin Kiyev ofisində başlayıb.
Avramenko 1999-cu ildə daxili auditor olaraq "Coca-Cola" şirkətinə qatılıb.
"Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və satışını həyata keçirir. CCI Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir. "Azərbaycan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır.
"Coca-Cola İçecek"-də yüksək vəzifəyə - TƏYİNAT
18:58
5 Dek 2018