Satış İnkişafetdirmə Supervayzeri, Region
ŞİRKƏT HAQQINDA:
Azərbaycan Coca-Cola Bottlers şirkəti Coca-Cola Şirkətinin qazlı və qazsız içkilərini Azərbaycan daxilində istehsalı, satışı və paylanmasını həyata keçirir. Fəaliyyətinə 1994-cü ildə başlamış, 2007-ci ildə isə Coca-Cola İçecek-in (CCI) tərkibinə daxil olmuşdur.
Azərbaycan Coca-Cola Bottlers 1 zavod və 300-dən çox əməkdaşı ilə 10 milyon istehlakçıya xidmət göstərir. Məhsul portfelinə Coca-Cola, Coca-Cola light, Coca-Cola zero, Bonaqua, Burn, Büyülü Bohça, Büyülü Kutu, Cappy, Doğadan, Fanta, Fuse Tea, Powerade, Sprite kimi brendlər daxildir.
ƏSAS ÖHDƏLİKLƏR:
• Müəyyən edilmiş sahələrdə mütəmadi olaraq müştəriləri ziyarət etməklə, məhsul mövcudluğunu təmin etmək, fərdi satış hədəflərini prognozlaşdırmaq, reallaşdırmaq və inkişaf etdirmək; Həmçinin yeni müştərilərin cəlb edilməsi
• Mağazalarda şirkət əmlaklarının (soyuducu, rəf və s.) düzgün istifadə edilməsi, yerləşdirmə / alınmasına nəzarət etmək;
• Komanda üzvlərinə liderlik etmək və onları inkişaf etdirmək, iş başında təlim-məşqləri keçmək;
• CCI standartlarının regionda və bayinin deposunda tətbiqini təşkil etmək, performansın uyğunluğuna nəzarət etmək;
• KPI-lara (SFE), RED icrasının təhlilinə və sistemdəki (BASIS, ISIS, Voyage) Master Data-nın yenilənməsinə nəzarət etmək;
• Bazardakı digər şirkətlərin promosyonlar, endirimlər və s. kimi aktivitələrini analiz etmək və müdiriyyətə hesabat vermək;
• Təsdiqlər (soyuducu, endirim və s.) üçün sorğuların başladılması;
• Müştəri/istehlakçıların məhsullar/soyuducular ilə bağlı şikayətləri idarə və müqavilə detallarını müştərilərlə müzakirə etmək
NAMİZƏD ÜÇÜN TƏLƏBLƏR:
• İdarəetmə və ya uyğun digər sahədə bakalavr təhsili mütləqdir
• Bu sahədə (idarəedici vəzifəsi olmadan) 1 il iş təcrübəsi
• Dil bilikləri (Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi orta səviyyədə)
• MS Office proqramlarını xüsusilə Excel, Words və Power Point yaxşı istifadə etmə bacarığı
• Güclü fərdlərarası münasibət, problem həll etmə və qərar vermə, planlama bacarığı
MÜRACİƏT:
Müraciət etmək üçün yenilənmiş CV-zi "Satış İnkişafetdirmə Supervayzeri, Region" başlığı ilə [email protected] elektron ünvanına göndərin.
QEYD:
Yaşayış yeri növbəti 4 regiondan biri olacaqdır: Ağcabədi, Bərdə, Lənkəran və ya Masallı