“Coca-Cola” şirkəti yaxın bir neçə il ərzində Azərbaycanda satışların həcmini iki dəfə artırmağı planlaşdırır. FED.az xəbər verir ki, bunu şirkətin Qafqaz regionu yeni üzrə meneceri (direktoru) Edrian Çernautan deyib.
“"Coca-Cola” şirkəti yaxın illər ərzində Azərbaycanda satışların həcmini iki dəfə artırmağı planlaşdırır. Bunun üçün şirkət cari ilin II yarısında və gələn il ölkə bazarına yeni "Coca-Cola” məhsulları çıxarmağı planlaşdırır", - deyə o, jurnalistlərə bildirib.
Menecerin sözlərinə görə, 2017-ci ilin yekunları üzrə şirkətin gəlirlərində ikirəqəmli artım qeydə alınıb.
"Biz növbəti illərdə də gəlirlərin artacağına ümid edirik. Azərbaycan şirkətimizin biznesinin inkişafı üçün böyük potensiala malikdir", - deyə o əlavə edib.
E. Çernautan vurğulayıb ki, “Coca-Cola” şirkəti Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi dövr ərzində (2017-ci il daxil olmaqla) şirkət Azərbaycan iqtisadiyyatına 150 mln. dolla investisiya qoyub, dövlət büdcəsinə vergi ödənişləri 250 mln. dolla məbləğində olub.
Hazırda “Coca-Cola” 200 ölkədə fəaliyyət göstərir. Şirkətin portfoliosuna 4 min içki növü daxildir.
Qeyd edək ki, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə yeni meneceri Edrian Çernautan 22 İyun Milli Mətbuat günü münasibətilə bir qrup jurnalistlər ilə görüşüb.