Banner

Biznes

Cizgi filmi kassa yığımına görə - DÜNYA REKORDU QIRDI

Cizgi filmi kassa yığımına görə - DÜNYA REKORDU QIRDI | FED.az
15:11 26 Noy 2019

“The Walt Disney Company” kinokompaniyasının “Soyuq ürək 2” (Frozen 2) animasiyası cizgi filmləri üçün dünya kassa yığımı üzrə dünya rekorduna imza atıb.

FED.az xəbər verir ki,  Bloomberg agentliyinə istinadla xəbər verir ki, rejissorlar Kris Bak və Cenifer Linın noyabrın 22-də ekranlara çıxan cizgi filmi Amerikada 130 milyon dollar, xaricdə isə 228,2 milyon dollar toplayıb.

Beləliklə “Soyuq ürək 2” 358,2 milyon dollar yığımla “The Walt Disney Company” kompaniyasının digər lenti - 2019-cu il iyunun 21-də ekranlara çıxan və ümumilikdə 238 milyon dollar yığan “Oyuncaqlar tarixi” (Toy Story 4) animasiya filminin rekordunu yeniləyib.

Eləcə də bax: Türk serialları ölkəyə - 500 MİLYON DOLLAR GƏLİR GƏTİRİB

“Soyuq ürək 2” 2013-cü ildə ekranlara çıxan və kraliça Alisa ilə bacısı Annanın macəralarından bəhs edən eyniadlı animasiya filminin ikinci hissəsidir. Xərcləri 150 milyon dollar təşkil edən cizgi filminin prokatı demək olar ki, 1,3 milyard dollar gəlir gətirib. Ekran əsəri “Ən yaxşı animasiya filmi” və “Ən yaxşı mahnı” nominasiyalarında “Oskar” mükafatına layiq görülüb.

“Soyuq ürək” cizgi filminin motivləri əsasında 2018-ci ildə yazılan müzikl Nyu-Yorkun Brodvey teatrlarının birində səhnəyə qoyulub. “Disney World” əyləncə parkında isə bu cizgi filminə həsr olunmuş ayrıca bölmə fəaliyyət göstərir.

Azərtac

Digər xəbərlər

Banner