Çinin ən böyük maliyyə sənaye qruplarından olan “Xualinq” şirkəti Gürcüstanda yaradılmış Sərbəst Sənaye Zonasına (SSZ) Azərbaycan şirkətlərini və iş adamlarını dəvət edib.
Eləcə də bax: Çin "maliyyə tələsi"nə düşüb
FED.az xəbər verir ki, şirkət həmin zonada iş quran sahibkarlara maksimum sərbəstlik, üstəlik illik 2-3 faizlə kredit vəd edir.
Qeyd edək ki, 2015-ci ilin oktyabr ayından fəaliyyətdə olan “Xualinq” SSZ Kutaisidə 36 hektar ərazidə yerləşir. Zona əsas dəmir yolu xətləri və avtomagistrallarla yaxşı əlaqəyə malikdir. O, Tbilisidən 220 kilometr, Poti dəniz limanından 95 kilometr məsafədə yerləşir, yaxşı lodistika imknalarına malikdir.
Hazırda zonada 120-yə yaxın şirkət, o cümlədən Azərbaycanın onlarca idxal-ixrac şirkəti “Xualinq” SSZ–də çalışır. Onların arasında taxta-şalban və tikinti materialları, dəmir ərintiləri, əczaçılıq preparatları, günəş batareyası modulları, etilen, tekstil və plastik kütlə istehsalı ilə məşğul olan 13 zavod fəaliyyətdədir.
“Xualinq” SSZ-yə bütün dünyadan hazır məhsullar və xammal idxal edən və onları müxtəlif regional bazarlara ixrac edən ticarət şirkətləri də var. 2020-ci ilin əvvəli üçün cəlb edilmiş investisiyaların həcmi 70 milyon ABŞ dollarından çox olub.
Zonada vergi və gömrük üstünlükləri var. Belə ki, “Xualinq” SSZ–nin ərazisində istehsal edilən məhsullara “Gürcüstanda istehsal edilib” mənşə sertifikatı verilməsi bu materialları çox vaxt gömrük rüsumu tutulmadan və ya sadələşdirilmiş gömrük rejimində MDB ölkələrinə, Avropa İttifaqına, Türkiyə və başqa dövlətlərə ixrac etmək imkanı yaradır.
“Xualinq” SSZ-də istehsalla məşğul olanlara isə dövlət xətti ilə kreditlər ayrılır. Belə ki,
-investor kommersiya bankından maliyyələşdirilmə imkanı əldə edir, bunun təminatı kimi dövlət kreditin tam məbləğinin 90 faizinə qədər təminat verir.
-36 ay ərzində dövlət illik faiz dərəcəsinin həmmaliyyəçisi kimi çıxış edir, investor ildə 2-3 faiz dərəcə ilə kredit alır. Kreditin minimal məbləği 50 min lari (təqribən 16,40 min dollar), maksimal məbləğ isə 10 milyon lari (təqribən 3,2 milyon dollar) təşkil edir.
BİZNESƏ BAŞLAMAQ
• Şirkətin qeydiyyatı – 1-1,5 gün.
• Minimal ilkin kapital - tələb edilmir.
İlkin kapital qoyuluşu və ilkin məbləğlə bağlı heç bir tələb yoxdur.
Audit tələbi də mövcud deyil
VERGİSİZ BİZNES
• Mənfəət vergisi, dividendlərdən vergi, əmlak vergisi və ƏDV-dən azadolma - 100 faiz.
• Yüklərin bütün növləri üçün idxal-ixrac vergilərindən azadolma - 100 faiz.
• Kapitalın və mənfəətin repatriasiyası - 100 faiz.
İstehlak bazarında 2,3 milyard ABŞ dolları həcmində azad ticarət rejimi.
• MDB ölkələri ilə azad ticarət rejimi.
• Preferensial ticarət (ABŞ, Norveç, İsveçrə, Kanada və Yaponiya ilə).
• Aİ ilə DCFTA (sərbəst ticarət haqqında geniş əhatəli saziş) – Avropa ölkələri ilə kvotasız və preferensial ticarət.
BİZNESİN ASAN İDARƏ EDİLMƏSİ və RƏQABƏT ÜSTÜNLÜKLƏRİ
• Çevik və səmərəli gömrük xidmətləri – idxal/ixrac prosedurları – 1 saatdan başlayaraq;
• Aşağı kommunal tariflər;
• Aşağı əməkhaqqı dərəcəsi;
• Valyuta nəzarətinin olmaması.