Çərşənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda ( AZPROMO) Çinin “WENZHOU NIXIN TRADING CO.,LTD.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
FED.az xəbər verir ki, “Çin tərəfdaşları Azərbaycanda keramika istehsalı layihəsinin həyata keçirilməsində maraqlıdırlar”, - AZPROMO məlumat verir.
Eləcə də bax: Azərbaycan-Çin Aqrar-sənaye parkı yaradılır - ƏRAZİ SEÇİLİR
Həmçinin görüşdə qarşılıqlı investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Fond layihəyə investisiyaların mümkün həcmini qeyd etmir.