Çinli qida firması Hangzhou Lina Food Company, daha əvvəl ABŞ və Çilidən idxal etdiyi quru üzüm və əncir Türkiyədən satın almağa qərar verib. FED.az xəbər verir ki,bu həftə içində Türkiyəyə gələcək olan firma səlahiyyətliləri cümə axşamı günü quru üzüm üçün Manisada, cümə günü də quru əncir üçün Aydından araşdırmalar olacaq. Hangzhou Linanın Türkiyədəki istehsalçılarından min ton quru üzüm, 400 ton quru əncir alışı üçün razılaşma etməsi gözlənilir.
Türk Hava Yollarından - ABŞ QƏRARI
Firmaya məsləhət xidməti verən investisiya və məsləhət şirkəti Felixumun sahibi Yavuz Səlim Şen, etdiyi şərhdə, Hangzhou Linanın almaq istədiyi məhsul miqdarının Türkiyə bazarı baxımından çox əhəmiyyətli olduğunu ifadə edib. Şən, "Quru üzümü Çili və ABŞ-dan alırdılar, biz onları Türk üzümüyle tanış etdik, çox məmnun qaldılar. Artıq indi Türkiyədən əncir də idxal edəcəklər." dedi.
"Uzaq Şərqdə müvəffəqiyyətli olmaq UZUN MÜDƏTLİ STRATEGİYA tələb edir"
Şən, Uzaq Şərq bazarlarının Türk firmaları üçün böyük ixracat potensialı daşıdığına işarə edərək, ihracatçıların bu bazarlarda uğurlu olması üçün yanaşma tərzini dəyişdirmələri və uzun müddətli plan tərtib etmələri lazım olduğunu eyib.
Çində müvəffəqiyyətli olan firmaların çoxunun, yerli ortaqlarıyla yaxşı əlaqələr qurduqlarını, möhkəm paylama şəbəkələrinin yaratmaq üçün böyük investisiyalar etdiklərini, yerli nüfuzlarla uyğun bir iş əlaqəsi qurmağa çalışdıqlarını və regional məlumat əldə etmək üçün yerli insanları işə aldıqlarını izah edən Şən, "Uzaq Şərqdə müvəffəqiyyətli olmaq uzun müddətli strategiya etməyi firmalarımıza məcburi edir. " ifadəsini istifadə etdi.
Türk diplomatların müsbət yanaşmaları sayəsində bir çox Çinli firmanın Türkiyəni və Türkiyədəki fürsətlərə daha çox maraq etməyə başladığına diqqəti çəkən Şen, "Çin ilə ən əhəmiyyətli layihələr arasında iştirak edən 'Bir Qurşaq Bir Yol' layihəsində məntiqi olaraq əhəmiyyətli bir nöqtədə iştirak almağımız Çinli firmaların Türkiyə maraqlarını daha da artırır. İrəliləyən illərdə daha çox Çinli firmalarının Türkiyə ilə iş görmək üçün ölkəmizə gələcək. " deyə bildirib.
Qeyd edək ki, Türkiyə keçən il Çinə ümumi 250 ton quru üzüm, 484 ton quru əncir ixracatı edib.
Çinli firma quru üzümü ABŞ yerinə Türkiyədən alacaq
16:48
14 Avq 2018