Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb.
FED.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib.
Eləcə də bax: Azərbaycana 200 mindən çox - ÇİNLİ TURİST GƏLƏCƏK
Onun sözlərinə görə, iqtisadiyyat və ticarət sahələrində Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 500 milyon yuan (70 milyon dollardan çox) dəyərində qarşılıqsız kömək edib:
Eləcə də bax: Neft Fondunun yatırım etdiyi - QİYMƏTLİ KAĞIZLARIN – GƏLİRLİYİ 3 DƏFƏ AZALIB
“Bu il avqustun sonuna olan vəziyyətə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1,543 milyard dollara çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə 104,64 faiz artıb. Bu, rekord göstəricidir”.
Səfir bildirib ki, Çin bu ilin iyununadək Azərbaycana 800 milyon dollardan çox investisiya yerləşdirib. Bu vəsait neft və təbii qaz hasilatı sahəsinə yönəlib.
Eləcə də bax: Azərbaycan Çinə - BİRBAŞA NEFT İXRACINA BAŞLAYIB
Səfir onu da əlavə edib ki, gələn ay Azərbaycan tərəfi Şanxayda keçiriləcək 2-ci “China International Import Expo” beynəlxalq sərgisinə 100 nəfərdən çox nümayəndə heyəti göndərəcək.
Modern