Çinin valyuta ehtiyatları bu ilin dekabrın 1-nə ilin əvvəli ilə müqayisədə 0,7% artaraq 3,096 trln dolları olub.
FED.az xəbər verir ki, bu barədə Çin Dövlət Valyuta İdarəsi bildirib.
Eləcə də bax: Tramp: "Dünya Bankı Çinə - KREDİTİ DAYANDIRMALIDIR"
"Noyabr ayında Çinin valyuta bazarında tələb-təklif balanslaşdırılmış, bazar gözləntiləri isə sabit idi", - Çin dövlət valyuta idarəsi sözçüsü Vang Çunyingın açıqlamasında bildirib.
O qeyd edib ki, qlobal iqtisadi böyümənin yavaşladığı, çox sayda qeyri-sabit və qeyri-müəyyənliyin olduğu xarici mühitdə Çin iqtisadiyyatının inkişafı üçün böyük potensial olduğunu qeyd edib.
Eləcə də bax: Ucuz mallar dövrü bitir - Çində benzin və dizel - BAHALAŞDI
Report