"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Çində yayılmış koronavirus səbəbindən bu ölkəni "Yüksək riskli ölkə" kateqoriyasına daxil edib.
Eləcə də bax: Çində əmtəə qiymətləri - ÇÖKDÜ
FED.az xəbər verir ki, bu barədə agentliyin "Koronavirus kredit şərtlərini məhdudlaşdırır" adlı hesabatında bildirilir.
Məlumata görə, Çinlə yanaşı koronavirusun geniş yayıldığı Asiya-Sakit Okean hövzəsi ölkələri də həmin kateqoriyaya aid edilib. Koronavirusun yeni yayıldığı digər ölkələr isə “Artan riskli ölkə” kateqoriyasına daxil olunub.
Report