"Petro-Hongkong-Pirsaat Oil Limited" MMC-nin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-811/2024 saylı iş üzrə məhkəmə baxışı 04.09.2024-cü il tarixinə, saat 14:05-ə təyin edilib.
FED.az xəbər verir ki, debitor və kreditorlar Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər.
Ünvan: AZ1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi.
Əlaqə telefonu: (012) 525-20-74.
Xatırladaq ki, “Petro-Hongkong-Pirsaat Oil Limited” MMC 2003-cü ildən Azərbaycanda fəaliyətdədir və 200 min ABŞ dolları nizamnamə kapitalı var. Şirkət ölkədə neft sektorunda fəaliyyət göstərir həyata və Azərbaycanda neft yataqları bloklarına malikdir.