Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Şirkətlərin qeydiyyatında yenilik - QANUN DƏYİŞDİ
FED.az-ın məlumatına görə, qüvvədə olan qanuna əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulub.
Bu əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilib. Dəyişikliyə əsasən bundan sonra həmin əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün işsizlikdən sığorta haqqını da tam ödəməsi lazımdır.
Cinayət Məcəlləsində dəyişiklik – MÜHÜM MƏSƏLƏ
20:19
4 Dek 2018