Bu gün Bakı Ekspo Mərkəzində Çin şirkətlərinin iştirakı ilə "SMART LİFE EXPO - International exhibition in Azerbaijan, 2025" Sərgisi işə başlayıb.
Ziyatətçilər qeydiyyatdan keçərək sərgidə iştirak edə bilərlər. Giriş sərbəstdir): qeydiyyat üçün link: https://az.b2bagro.ru/china-expo-2025
Sərgidə əsasən avtomobil ehtiyat hissələri, tikinti və dekorasiya materialları, ev əşyaları və istehlak məhsulları, elektronika və elektrotexnika məhsulları, ağıllı yaşayış, ev, ofis sistemləri və ləvazımatları, kompyuter və foto texnikası, su təmizləmə sistemləri və soyuducu avadanlıqları, tekstil və xüsusi geyim məhsulları, digər maraqlı məhsulların istehsalçıları iştirak edəcəklər.
Həmçinin, rəsmi açılışda Çin səfirliyinin, KOBİA, İİTKM və ASK-ın iştirak edəcək.
Ziyarətçiləri 27 sentyabr 2025 -ci il tarixindək Bakı Ekspo Mərkəzində sərgidə iştirak edə bilərlər.
Məkan: Bakı Ekspo Mərkəzi (Aeroport yolu).
Daha ətraflı məlumat almaq üçün əlaqə saxlayın: +99450 475 57 28