Çin Milli Neft Korporasiyasının(CNPC)* törəmə şirkəti olan “China Huanqiu Contracting And Engineering Co., Ltd” şirkəti Azərbaycan bazarından çıxmaq qərarına gəlib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət ölkəmizdəki nümayəndəliyini ləğv edir.
Bu şirkət 2017-ci ilin martında Azərbaycanda nümayəndəliyin açmışdı və hüquqi təmsilçisi olan ÇXR vətəndaşı olan Ma Min idi.
Şirkətin əsas fəaliyyət sahəsi neft emalı və filtrləri xidməti sahəsi idi.