Çində bu ilin 9 ayında ümumi daxili məhsul (ÜDM) ötən ili müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 69,78 trilyon yuana (təxminən 9,87 trilyon ABŞ dolları) çatıb.
FED.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb.
Eləcə də bax: Çin şirkəti Azərbaycana gəmilər inşa etməyi - TƏKLİF EDİB
Bildirilir ki, ÜDM-nin ilin 3-cü rübündə qeydə alınan artım tempi 6 faiz olub. Bu, ilin birinci və ikinci rübü üzrə olan rəqəmlərdən (müvafiq olaraq 6,4 və 6,2 faiz) az olmaqla yanaşı, 1992-ci ildən bəri ən aşağı rüblük artım tempidir.
Azərtac