Çin səlahiyyətliləri ABŞ-ın texnoloji şirkətlərinin “qara siyahı”sını hazırlayır, lakin siyahının nə vaxt açıqlanacağı ilə bağlı yekun qərar verilməyib.
Eləcə də bax: "Şirkətini Çindən ABŞ-a gətirənə vergi güzəşti veriləcək"
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr bildirib ki, rəsmi Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı hərəkətlərinə cavab verməyə çalışsa da, ABŞ-ın gördüyü tədbirlərdən daha sərt addımlar atmaq istəmir.
Qəzetin yazdığına görə, “qara siyahı” ABŞ-da keçiriləcək prezident seçkilərindən öncə açıqlana bilər.