Çin Xalq Respublikasının Ticarət Nazirliyi ABŞ hökumətinin Çinin “Huawei” şirkətinə qarşı təzyiqləri ilə sərt mübarizə aparacağını açıqlayıb.
Eləcə də bax: «Xəstəliyi qəsdən yaymaq üçün hər yerə turist göndərib» - ABŞ-DAN ÇİNƏ İTTİHAM
FED.az xəbər verir ki, bu barədə xəbəri “Reuters” yayıb.
Belə ki, Çin hakimiyyəti “qara siyahı” hazırlayır. Siyahıya ABŞ-ın “Apple”, “Cisco” və “Qualcomm” kimi şirkətləri daxil edilə bilər. Bu siyahıya daxil olan şirkətlərin fəaliyyətinə hər cür maneələrin törədiləcəyi bildirilir.
Bununla yanaşı, Çinin Ticarət Nazirliyi ABŞ hakimiyyət orqanlarını “Huawei”yə qarşı “haqsız hərəkətlərə” dərhal son qoymağa çağırıb.
Xatırladaq ki, bu günlərdə ABŞ Prezidentinin Administrasiyası “Huawei” üçün çiplərin təchizatına qadağalar tətbiq edib. Qadağa qüvvəyə minsə də, bu sənəd 120 günlük təxirə salına bilər.
Apa