“CibPay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2007264881) nizamnamə kapitalı 20 min manat məbləğində azaldılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin hazır ki nizamnamə kapitalı 1 milyon 307 min manatdır.
Xatırladaq ki, şirkət 18 fevral 2022-ci ildə təsis edilib. Onun təsisçisi Söhrab Fərhadov Cəbrayıl oğludur. Hüquqi ünvanı AZ1025, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI, ev.13A ünvanıdır.
CİB Pay çox funksiyalı ödəniş xidmətləri təchizatçısıdır. Müxtəlif ödəniş kanalları üzərindən pul vəsaitlərinin toplanmasını həyata keçirir.











