Fed.az xəbər verir, ki “Azərrabitəinşaat” ASC səhmdarlarının ümumi yığıncağı 2018-ci il avqustun 1-i saat 11.00-da Nəsimi rayonu, akademik H.Əliyev küçəsi, 10/61 nömrəli ünvanda keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin yeni idarə heyəti sədrinin seçilməsi .
2. Maliyyə çətinliklərinin (kommunal xidmət, əmlak və torpaq vergisi ödənişlərinin) müzakirəsi.
3.Cəmiyyətə aid digər məsələlərin müzakirəsi.
Səhmdar cəmiyyətdən FED.az-a məlumat verilib ki, hazırda şirkət demək olar ki, fəaliyyətini dayandırıb: «Heç bir iş aparılmır və yeni texnologiyalar yoxdur». Qeyd edək ki, iclasın gündəliyində dayanan məsələlərdən biri səhmdar cəmiyyətin rəhbərinin dəyşdirilməsidir. Şirkətdən bunu təsdiqləsələr də rəhbərliyin dəyişdirilməsinin şirkətin işinə hər hansı təsiri və ya işlərin qaydaya salınması ilə bağlı planları açıqlamaqdan imtina ediblər.