Cənubi Koreya Respublikası ABŞ-ın “qara siyahısı"na düşən Rusiyanın 49 təşkilatı və şirkətinə ixracat məhdudiyyətinin tətbiqi ilə bağlı qərar qəbul edib.
Eləcə də bax: İndiyə qədər Rusiyaya sanksiya tətbiq edən bütün şirkətlər – SİYAHI
FED.az xəbər verir ki, məlumatı Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi yayıb.
Bildirilib ki, sanksiya tətbiq edilənlər siyahısına Rusiyanın Müdafiə Nazirliyi də daxildir.
Məlumata görə, Cənubi Koreyanın Rusiya ilə ticarət etmək istəyən hüquqi şəxslər xüsusi lisenziya almalıdır. (Report)