Nazirlər Kabinetinin 305 nömrəli Qərarı və xaricdən mal alışı qaydaları cəmiyyətdə böyük rezonans doğurub. Amma indi məlum olub ki, azərbaycanlıların xaricdən mal alması üçün başqa əngəllər də yaradılıb.
Eləcə də bax: Bundan sonra ayda cəmi bir dəfə - Onlayn Sifariş Verə Bilərik
FED.az xəbər verir ki, bu - xaricdə alınan malların ölkəyə həddən artıq baha qiymətə gətirilməsidir. Yəni yol xərcinin həddən artıq baha olmasıdır.
FED.az xəbər verir ki, bu barədə hüquqşünas Toğrul Vəliyev öz araşdırmalarından sonra bildirib. Qeyd edək ki, son günlər Aliexpress və ona bənzər səhifələrdən alınan malların ölkəyə daşıma xərclərinin artdığını artıq soxları aşkar edib. Ama bunun səbəbi bilinmirdi. İndi isə məlum olur ki, bunun səbəbi odur ki, Azərbaycanın yalnız xüsusi (bahalı) çatdırılma vasitələrini qəbul edir. Bunu həmin malların satıcıları bildirib.
Nəticədə eyni malın Azərbaycana çatdırılma qiyməti Gürcüstan və Ermənistanla müqayisədə qat-qat baha olur. Eləcə də bəzi malların ölkəyə gətirilməsinə ümumiyyətlə icazə verilmir. İcazə vıerilməyən malları bəzi telefonlar aiddir.
T.Vəliyev yazır:
«Bilidyiniz kimi qloballaşan dünyada onlayn alış-veriş günü gündən artmaqdadır. Eləcə də Aliexpress və ona bənzər səhifələrdən alınan məhsullar ölkə bazarında olan məhsulların qiymətinin formalaşmasında öz rolunu oynayır və inkişaf, istehlakçı hüquqlarının bərqərar olması, inhisarçılığın formalaşmaması məsələlərində önəmli təsirə malikdir. Son zamanlar fikir versəniz Aliexpressdən alınan məhsulların çatdırılma pulu elə astranomik vəziyyətə gəlib çatıb ki, faktiki olaraq alış-veriş etmək mümkün deyil. Məsələn 10 manat ekvivalentində bir məhsul almaq istədikdə 200 manatdan yuxarı çatdırılma pulu təklif edilir. Satıcılar isə Azərbaycanın yalnız xüsusi (bahalı) çatdırılma vasitələrini qəbul etdiyini əsas gətirirlər. Bu isə bu alış-veriş səhifələrinin faktiki olaraq bloklanması deməkdir. Bununla bağlı şəxsən etdiyim araşdırmanı əlavədə nəzərinizə çatdırıram. Xüsusi mənbə qoyub əsaslandırmağa ehtiyac görmürəm, müvafiq səhifə (www.aliexpress.com) özü mənbə rolunu oynaya bilər.
Ən təssüfləndirici hal üzdən iraq qonşumuzla öz rəqəmlərimizi müqaisə edəndə ortaya çıxır».