Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Almatıda biznes-turda iştirak edib.
FED.az xəbər verir ki, bu barədə Caspian Energy Club-un mətbuat xidmətindən məlumat verilib.
İşgüzar səfərin ilk günü Caspian Energy Club üzvləri və top-menecerlər, qazaxıstanlı həmkarları ilə birlikdə Almatı şəhərinin turizm imkanları ilə yaxından tanış olublar. Almatının aparıcı restoran və otel şəbəkələrinin sahibləri ilə görüşlər keçiriblər.
Həmin gün Azərbaycanın Almatıdakı baş konsulu Anar Hüseynov ilə görüş keçirilib. Görüşdə Qazaxıstanda yaşayan və işləyən tanınmış azərbaycanlı iş adamları iştirak ediblər.
Səfərin növbəti günü, Caspian Energy Club üzvləri, Qazaxıstanın beynəlxalq KIOGE sərqi və konfransında iştirak ediblər.
Konfransda Qazaxıstanın energetika naziri Bolat Akçulakov, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, AO NK “Kaz MynayQaz”-ın idarə heyyətinin sədri Maqzym Mirzəqaliyev, AO NK “QazaxQaz”-ın idarə heyyətinin sədri Sanjar Jarkeşov, “Tenqizşevroyl”-un prizidenti Kevin Layon, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayz, “SOCAR”-ın vitse prezidenti Xaliq Məmmədov və bir çox məsul şəxslər və Caspian Energy Club üzvləri arasında silsilə görüşlər keçirilib.
Görüşlərdə Telman Əliyev “Caspian Energy Kazakhstan”-ın yeni sədri, Zaur Mustafayevi təqdim edib və gələcəkdə görüləcək qarşılıqlı iş mübadiləsinin inkişafından, Qazaxıstanla əlaqələrin daha da genişləndirilməsindən danışıb.
”Caspian Energy Kazakhstan”-ın sədri Zaur Mustafayev də bu görüşlərdə, birgə biznes forumların və biznes-turların keçirilməsinin, Azərbaycan və Qazaxıstan arasında ikitərəfli biznes və iqtisadi əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə töhfə verən birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Növbəti gün, Qazaxıstan səfəri çərçivəsində Almatıdakı “Atameken” Milli Sahibkarlar Palatasının direktor müavini Akerkin Eraliyeva və Qazaxıstan Neft-Qaz və Enerji Kompleksi-“Kazenergy”təşkilatları Assosiasiyasının rəhbəri, direktor Kenjebek İbraşev və icraçı direktor Baurjan Umirzakov ilə görüşlər baş tutub.
Hər iki görüşdə assosiasiyalar arasında informasiya mübadiləsi sahəsində ikitərəfli əməkdaşlıq, neft-qaz və qeyri-neft sektorlarında birgə tədbirlərin keçirilməsi müzakirə olunub.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycan və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.