"Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-ın İdarə heyətinin yeni tərkibi seçilir. Bu il Caspian Energy Club-ın idarə heyətinin üzvlərinin növbəti seçkiləri mart ayının 15-də başlayıb. Pandemiya şəraiti ilə əlaqədar seçkilər üç gün davam edib və nəticələr martın 28-də açıqlanıb”, - deyə Caspian Energy Club qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Gürcüstanda 11-ci beynəlxalq - "CASPIAN ENERGY INVESTMENT FORUMU TBILISI 2023" KEÇİRİLİB
FED.az xəbər verir ki, seçkilərin ilk günündə 20-dən çox dövlət qurumunun və 160 şirkətin rəhbər və nümayəndələrinin iştirakı ilə Grand CEO Lunch təşkil olunmuşdur.
Seçkilərin ikinci günündə Azərbaycan Standartlaşdırma İnstitutu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, "SGS Azərbaycan" və Caspian Energy Club-ın təşkilatçılığı ilə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə 10-a yaxın dövlət qurumunun, 100-ə yaxın özəl şirkətin rəhbər və nümayəndələri iştirak etmişlər.
Seçkilərin son günü təşkil olunmuş CEO Breakfast çərçivəsində səsvermə davam etmiş, daha sonra isə səslər hesablanmışdır.
Ümumi səsverənlərin sayı 297 nəfər təşkil etmişdir. Səsvermənin nəticələrinə əsasən, 16 namizəddən yalnız altısı lazımi qədər səs toplayaraq Caspian Energy Club-ın İdarə heyətinin yeni üzvü seçilmişlər. Bir namizəd heç bir səs ala bilməyib.
Caspian Energy Club-ın İdarə Heyətinin Üzvləri haqqında Əsasnamə”sinə əsasən, İdarə Heyətinin 7-dən 9-dək üzvü ola bilər. Bununla əlaqədar aprelin 12-də qalan 9 namizəd Caspian Energy Club-ın idarə heyətində vakant yerlər uğrunda mübarizə aparacaq.
Martın 15-dən 17-dək keçirilən səsvermənin nəticələrinə əsasən, Caspian Energy Club-ın yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club) - 237, Zərifə Qəmzəyeva (Gazelle Group) - 79, Ruslan Əliyev (Azəriqaz) - 63, Rəşad Abasov (ASE express) - 57, Savaş Uzan (Azərsun Holdinq) - 54 və Əsəd Nəsrullayev (Debet Safety) - 51 səslə seçilmişlər.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.