“Carlsberg Group”un bir hissəsi olan Rusiyanın “Baltika” şirkətinin Sibir və Uzaq Şərq regionu üzrə logistika əməliyyatları və müştəri xidmətləri bölməsinin direktoru Vyaçeslav Maltsev “Carlsberg Azerbaijan”ın baş direktoru vəzifəsinin müvəqqəti icraedicisi təyin olunub. O, yeni öhdəliklərinin icrasına 2017-ci il sentyabrın 1-dən başlayacaq.
FED.az Report-a istinadən xəbər verir ki, şirkətin məlumatına görə, Vyaçeslav Maltsev bu vəzifədə 2016-cı il mayın 1-dən etibarən iki şirkətin –“Carlsberg Azerbaijan” və “Carlsberg Kazakhstan”ın idarəetməsini birlikdə həyata keçirən Viktor Semakanı əvəz edəcək. Semeka indi “Carlsberg Kazakhstan”da rəhbərliyini davam etdirəcək.
Qeyd edək ki, yeni rəhbər Rusiyanın FMSG (tez dövr edən məhsullar) şirkətlərində 18 ildən artıq təcrübəyə malikdir. O, “Carlsberg Group”da işləməyə 2007-ci ildən “Baltika”da satışın genişləndirilməsi üzrə menecer kimi başlayıb. 2015-ci ilin iyulunda V.Maltsev şirkətin Sibir və Uzaq Şərq regionuna logistika əməliyyatları və müştəri xidmətləri bölməsinin direktoru təyin olunub. O, həmçinin “Nidan Juices" və “Coca-Cola” şirkətlərində çalışıb.