Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir.
Eləcə də bax: Azərbaycanda xüsusi karantin rejimi - 31 MAYA QƏDƏR UZADILDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarda deyilir.
4 may 2020-ci il saat 00:00-dan etibarən bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur.