Azərbaycanda aparıcı araşdırma şirkəti olan «Business Insight» şirkəti ölkənin iş adamlarına müraciət edərək onlara uyğun qiymətə araqdırma xidməti təklif edib.
Eləcə də bax: «Koronavirus durğunluğunda - ŞİRKƏTLƏR NƏ ETMƏLİ?» - ÖDƏNİŞSİZ KONSULTASİYA
Şirkətdən FED.az-a verilən məlumata görə. Təklifdə deyilir:
Problemin qoyuluşu:
Son hadisələrdən fəaliyyəti üzrə təsirlənən şirkətlər uyğun olmayan yolu seçərək araşdırma fəaliyyətlərinə ara veriblər. Bu fakt onu göstərir ki, ən azından yaxın vaxtlarda rəflərdə əlavə məhsul və ya xidmətlərin olması müşkülə çevirilə bilər.
Ümumiyyətlə, araşdırma sektorunun lokomotivi hesab edilən transmilli, böyük və orta miqyaslı şirkətlərin araşdırma fəaliyyətlərindən kənarda qalmasının mənfi təsirləri bütün biznes mühitinə məlumdur.
Business Insight şirkəti olaraq bəyan edirik ki, hazırkı vəziyyətdə araşdırma sifarişi verilsə belə bunu araşdırma metodlarından ən effektivli hesab olunan üz-üzə (face-to-face research) sorğular və ya fokus qruplar vasitəsilə etmək mümkün deyil.
Həll yolu:
Qeyd edilənləri nəzərə alaraq, indiki zamanda məlumat toplama üsulu kimi Kəmiyyət Araşdırma Metodologiyasının “Telefonla sorğular” üsulu xüsusi əhəmiyyət kəsb edir.
Telefon, kompüter və araşdırma təcrübələrini özündə birləşdirən texnologiya ilə sürətlənmiş məlumat toplama texnikası olan "Kompüter dəstəkli telefonla sorğu xidmətləri" bu günün ən sürətli və etibarlı üsullarından biridir.
Bizi izləyənlər də bilir ki, Business Insight şirkəti telefon sorğuları üzrə mükəmməl təcrübəyə malikdir.
Business Insight respondentlərlə əlaqəni asanlaşdırmaq və suallara verilən cavabları optimallaşdırmaq üçün alternativ məlumat toplama üsulu kimi Kompüter Dəstəkli Telefon Sorğularını (CATI) təklif edir.
Son hadisələri nəzərə alaraq Business Insight bütün bizneslərə sonsuz dəstək vermək niyyətindədir. Bu məqsədlə bütün cari və potensial müştərilərimizə araşdırma büdcəsinin maya dəyərinə başa gələcək araşdırmalar təklif edirik.
Üstünlüklər:
· İnsanların evdə olmaları;
· TV-lər qarşısında daha çox vaxt keçirmələri;
· Sorğulara çətin cəlb edilən yuxarı seqmentlərdən sorğu götürmə qabiliyyəti;
· Sorğuların keçirildiyi mühiti canlı izləmək imkanı;
· Sorğunu səsyazma vasitəsi ilə qeydə almaq və sonradan dinləmək imkanı;
· Xərcin maya dəyərinə başa gəlməsi;
· Azərbaycan ərazisi üzrə (regionlar daxil) 1000 nəfərlik 10-15 dəqiqəlik bir sorğunun maksimum 10 günə təhvil verilməsi.
Zənglər həm təsadüfən generasiya olunan telefon (mobil və ya sabit xətt) nömrələr bazası, həm də sifarişçi tərəfindən təqdim olunan xüsusi seçilmiş respondent bazası (müştərilər) üzrə həyata keçirilə bilər.
Telefon sorğuları həm əhali qrupları ilə həm də korporativ sektorda fəaliyyət göstərən kiçik, orta və böyük şirkətlərə keçirilə bilər.
Business Insight şirkəti karantin dövründə sifarişlərinizi gözləyir. J
Sevərək qurduğumuz bu işi daha uzun illər inkişaf etdirmək və müştərilərimizin məmnuniyyətini qazanmaq üçün çalışırıq.