Bu il Bakıda Dənizkənarı Milli Parkda “Caspian Waterfront” iri əyləncə mərkəzi açılacaq.
FED.az CLAD arxitektura jurnalına istinadən xəbər verir ki, bununla bağlı “Chapman Taylor” dizayn şirkətinin direktoru, mərkəzin layihə rəhbəri Tim Karran məlumat verib.
Eləcə də bax: Azərbaycanın ən zəngin yoxsulları - MƏQALƏ
Əvvəlcə “Caspian Waterfront” böyük konqres mərkəzi olmalı idi, ancaq sonradan onun təyinatı dəyişdirilib. “Chapman Taylor”un planlarına görə, mərkəz Bakının simvollarından birinə çevriləcək.Onun sözlərinə görə, mərkəz 120 min kvadrat metr ərazini əhatə edəcək və ailəvi olacaq. Təklif edilən əyləncə və xidmətlər rəngarəng olacaq, mərkəzdə bütün yaşdan olan insanlar üçün xoş atmosfer yaradılacaq.
Şirkət dizaynı yaradan zaman Azərbaycan bayrağında və gerbdəki səkkizguşəli ulduzdan ilhamlanıb.