FED.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi AÇIQ TENDER ELAN EDİR
Lot-1. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Dövlət Bayrağına həsr edilmiş filmin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisi, Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağı Muzeyinin ofisindən (əlaqələndirici şəxs N.Abdullayevdən, tel: (012) 404-95-96) ala bilərlər.
İştirak haqqı 500 (beş yüz) manatdır.
Bank: “Kapital Bank”ASC-nin Gənclik filialı
KOD: 200189 VÖEN: 9900003611
M/h: AZ37NABZ 01350100000000001944
SWİFT BİK: AIIBAZ2X
Təşkilat: AR DBİ Dövlət Bayrağı Muzeyi
H/h: AZ69AIIB 38090019440071684118
VÖEN: 1701243931 İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi(təkliflərin açıldılğı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri(tender təklifi və bank zəmanəti istisna olmaqla) 23 noyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 dekabr 2018- ci il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisindəki ofisə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 5 dekabr 2018- ci il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisi, Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağı Muzeyinin ofisində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Bulvar İdarəsi film çekir – TENDER ELANI
09:27
7 Noy 2018