2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətində il idxal əməliyyatlarının həcmi 11 milyard 455 milyon 325 min dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 202 milyon 766 min dollar və ya 23,80% çoxdur.
FED.az Statistika Komitəsinə istinadən məlumat verir ki, idxal əməliyyatlarının 3 milyard 838 milyon 673 min dolları dövlət sektorunun payına düşüb. Bu ötən ilin 10 ayı ilə müqayisədə 1 milyard 746 milyon 706 min manat və ya 83,49% çoxdur.
Eləcə də bax: Azərbaycana ən çox ixrac və idxal edilən - MƏHSULLAR
Özəl sektorda da idxal əməliyyatlarının da həcmi artıb. Belə ki, bu ilin 10 ayında özəl sektorun idxal etdiyi məhsulun dəyəri 6 milyard 782 milyon 244 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon 763 min manat və ya 2,05% çoxdur.
2019-cu ilin 10 ayında fiziki şəxslərin idxal əməliyyatlarının həcmi 834 milyon 407 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 319 milyon 296 min manat və ya 61,98% çoxdur.
Bu il idxalın strukturunda Dövlət sektoru/özəl sektor/fiziki şəxslər nisbəti 33,50% / 59,20% / 7,28% təşkil edib. Ötən il isə idxalın strkkturunda dövlət sektoru/özəl sektor/fiziki şəxslər nisbəti 22,60% / 71.82% / 5,56% təşkil edirdi.
Qeyd edək ki, ötən il ixrac olunan malların çeşidlərinin sayı - 2 875 ədəd olduğu halda bu il bu rəqəm 2 917 ədəd olub. 2018-ci illə müqayisədə idxal olunan malların çeşidlərinin sayı – 7 367 ədəddən 7 321 ədədə enib.