Ötən ilin dekabrından cari ilin fevral ayının ortalarına kimi olan dövr ərzində “Alov Mühafizə” MMC 1 697 236 manat dəyərində 51 satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, mühafizə olunan obyektlərin mütləq əksəriyyəti büdcədən maliyyələşən təhsil müəssisələridir, o cümlədən, Litseylər, Kolleclər, İnternat Tipli Məktəb və Kolleclər.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayından bu yana şirkət 3 094 788 manat dəyərində 102 satınalma müqaviləsi imzalayıb.