Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında həyata keçirilən investisiya layihələri üçün regionda ən cəlbedici güzəşt və imtiyazlar portfeli təklif olunur.
FED.az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, texnika və avadanlıq idxalında əlavə dəyər vergisi ödəməkdən azad olunurlar. Sənaye parklarında rezidentləri üçün dövlət tərəfindən zəruri infrastruktur yaradılıb. Burada rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir.
Bu sahibkarlar 7 il vergi verməyəcək
16:41
2 Mart 2018