Banner

Biznes

Bu ölkədə "McDonalds"ların - FƏALİYYƏTİ DAYANDIRILIB

Bu ölkədə "McDonalds"ların -  FƏALİYYƏTİ DAYANDIRILIB | FED.az
20:46 26 Dek 2019

Peruda "McDonalds" restoranlarının fəaliyyəti dayandırılıb.

Eləcə də bax: "McDonald's" prezidenti qalmaqala görə vəzifəsini - TƏRK EDİB

FED.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Peruda fəaliyyət göstərən "McDonalds" restoranlarının birində bədbəxt hadisə baş verib. Belə ki, restoranda işləyən iki gənc əməkdaş iş fəaliyyəti zamanı elektrik enerjisinin vurması nəticəsində dünyasını dəyişib. Bu səbəbdən Perunun paytaxtın Limada “Alexandra və Gabriyelə ədalət” şüarı ilə etirazlar başlayıb və ölkə üzrə "McDonalds"ın 29 filialı öz fəaliyyətlərini dayandırıb.

Əsasən gənclərin üstünlük təşkil etdiyi aksiyada insanlar buradakı istismar xarakteri daşıyan əmək şərtlərinə və iş fəaliyyəti zamanı qeyri sağlam və təhlükəli halların baş verməsinə qarşı etiraz ediblər.

Digər xəbərlər

Banner