Azərbaycanda bir neçə obyektlərdə məcburi şəkildə POS-terminallar yerləşdiriləcək.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev məlumat verib. Bildirib ki, ödəniş terminalı olmayan pərakəndə ticarət və iaşə obyektlərində, mehmanxanalarda və bu kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcək.
"POS-terminallara məhdudiyyət yoxdur və sahibkar öz istəyi ilə könüllü şəkildə öz obyektində ödəniş sistemini yerləşdirə bilər. Bu gün Azərbaycanda obyektlərdə 77 minə yaxın POS-terminallar quraşdırılıb. Terminallar əhalinin daha çox istifadə etdiyi obyektlərdə yerləşdirilib. Sadalanan ticarət və xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar qurulacaq”.
Xatırladaq ki, POS-terminalların quraşdırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında həmin obyektlərin siyahısını tam əldə etmək mümkündür.
Bu obyektlərdə POS-terminal məcburi quraşdırılacaq - SİYAHI
20:49
13 Sen 2018