Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 auditor təşkilatı və 2 sərbəst audit könüllü qaydada, 8 auditor təşkilatı və 8 sərbəst auditor isə məcburi qaydada bazardan kənarlaşdırılıb.
FED.az xəbər verir ki, bu barədə Auditorlar Palatasından bildirilib.
Eləcə də bax: Hesablama Palatasına yeni auditor - TƏYİN EDİLDİ
Palata auditorların fəaliyyətinin məcburi qaydada dayandırılmasının səbəblərindən biri kimi onların üzvlük haqqı ödəməmələrini göstərib.
Bundan başqa, qurum 10 ay ərzində 25 auditor təşkilatına və 3 sərbəst auditora fəaliyyət üçün icazə verib.
Beləliklə, noyabrın 1-nə ölkədə 105 auditor təşkilatı və 45 sərbəst auditor fəaliyyət göstərib.
“Report”