"Müəssisələr rezidentlik statusu aldıqları andan etibarən sənaye parklarında sahibkarlar üçün təklif edilən güzəştlərdən yararlanırlar".
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli deyib.
Onun sözlərinə görə müəssisələr dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin ediliblər:
"Eyni zamanda sənaye parkının digər rezidentləri kimi 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Qeyd edim ki hələ bu il iki rezident tərəfindən tikinti işlərinin aparılmasına baxamayaraq bunlar tətbiq edilən güzəştlərdən ancaq idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində 2 milyon manata yaxın öz vəsaitlərinə qənaət ediblər ".