Məşğulluq alt sistemi vasitəsilə işsizlər haqqında bütün məlumatlar əlçatan olub: "Bu sistemin davamı olaraq məşğulluq proqramları və mexanizmi qısa müddətdə təqdim olunacaq.
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı deyivb Nazirin sözlərinə görə keçən il 6 min ailə aktivlərlə təmin olunub. Eləcə də bu il ərzində 10 min ailə mikrotəsərrüfatlarla təmin olunacaq. Gələcəkdə bu rəqəmin 15 minə çatdırılması nəzərdə tutulur".
Gələcəkdə bu layihəyə Dünya Bankının da qoşulacağı qeyd olunub. "Bu ilin 5 ayı ərzində imzalanan əmək müqavilələrinin sayı 95 mindən artıq olub. Bu da əvvəlki illərdə müqayisədə olduqca artıqdır. Bu sahədə 17-18 faizlik artım onu deməyə əsas verir ki, sahibkar, özəl sektor şəffaf şəkildə işləməyə çalışırlar deyə Sahil Babayev bildirib.
Eləcə də bax: Azərbaycanda “Şəhərdən Kəndə” layihəsi - BAŞLAYIR
"Bu il ərzində 10 min ailə mikrotəsərrüfatlarla təmin olunacaq"
10:43
4 İyun 2019