2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 12 milyard 8,2 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,8% çoxdur.
Bu dövr ərzində pərakəndə ticarət dövriyyəsinin ümumi strukturunda ərzaq məhsullarının xüsusi çəkisi 51,4% olub.
Təkcə may ayı ərzində əhali 2 milyard 580,2 milyon manatlıq ərzaq məhsulları alıb.