Bu ilin 11 ayında Azərbaycandan ən çox bu ölkələrə məhsul ixrac olunub.
FED.az İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin açıqladığı icmala istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,3%), Türkiyə (7,4%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ (5,3%) qərarlaşıb.
Eləcə də bax:Azərbaycanlı xurma satanlar - 40 MİLYON DOLLARA YAXIN PUL QAZANIBLAR
“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 milyon və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları ötən ilin noyabr ayı ilə müqayisədə 18,5 faiz artaraq 90,3 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 164 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixrac sifarişləri 11 faiz artıb. 2019-cu ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 19 faiz artıb.