Bu il iyulun 1-nə Azərbaycanda fərdi sahibkarlıq istisna olmaqla 150 555 statistik vahid olub.
Eləcə də bax: Azərbaycanda 31 xarici müəssisə - LƏĞV EDİLİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statisktika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, onun 3%-i yaxud 4 563 ədədi bu il yaradılıb, 241-i və ya 0.2%-i ləğv edilib.
Mövcud müəssisələr sırasında dövlət mülkiyyətli müəssisələrin sayı 10 695 (7,10%), bələdiyyə mülkiyyəti müəssisələrin sayı 1 725 (1,15%), xüsusi mülkiyyətli müəssisələrin sayı 138 135 (91,75%), 100% xarici investisiyalı müəssisələrin sayı 12 010 (7,98%), birgə müəssisələrin sayı isə 2 963 (1,97% olub.
Bu ilin ilk 6 ayında dövlət mülkiyyətli müəssisələrin 122- yaxud 1,1% i yeni yaradılıb, 36-ı yaxud 0,3%-i ləğv edilib.
Bələdiyyə mülkiyyəti müəssisələrin 1-i yaxud 0,01%-i yeni yaradılıb, amma bu sahədə ləğvedilmə qeydə alınmayıb. Qeyd edilən dövrdə xüsusi mülkiyyətli müəssisələrin 4 440-ı yaxud 3,2%-i yeni yaradılsa da 205-i və ya 0,1%-i ləğv edilib.
Bu il Azərbaycandan mövcud olan 100% xarici investisiyalı müəssisələrin 878-i yaxud 7,3%-i yeni yaradılıb, 31-i və ya 0,3%-i ləğv edilib. Birgə müəssisələrlə bağlı statistikaya gəlincə isə 88-i yaxud 3%-i yeni yaradılıb, 29-u və ya 1%-i ləğv edilib.
2020-ci ilin yanvar-iyun ayları ərzində ləğv edilmiş statistik vahidlərin 21,6%-i “Maliyyə və sığorta fəaliyyəti”, 18,3%-i “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6%-i “Peşə, elmi və texniki fəaliyyət”, 10,4%-i “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,6%-i “Tikinti” sahələrində, qalanları isə digər bölmələrin payına düşür.
Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 32,4%-i “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,4%-i “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 8,4%-i “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 8%-i “Peşə, elmi və texniki fəaliyyət”, 7,5%-i “Tikinti”, 6,7%-i “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.