Banner

Biznes

Bu il 7300 iş yeri - BAĞLANIB

Bu il 7300 iş yeri - BAĞLANIB | FED.az
16:40 20 Noy 2019

2019-cu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yerləri açılmışdır.

FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 55,0 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 32,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Eləcə də bax: Azərbaycanda işsizlərin sayı illik - 2,3 DƏFƏ ARTIB

Bununla yanaşı, 2019-cu ilin doqquz ayı ərzində ölkədə 7,3 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

Digər xəbərlər

Banner