Azərbaycanda haqsız rəqabətin formaları müəyyən edilir.
Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə - DAXİL OLUB
FED.az xəbər verir ki, bununla bağlı Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, haqsız rəqabətin formaları aşağıdakılardır:
- müştərilərə qarşı aqressiv davranış;
- rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
- müştərilərin çaşdırılması və aldadılması;
- kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;
- bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulan haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.