Azərbaycanın Vergi Məcələsinə bu gündən - 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən şlkədə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsinə başlanılır.
Eləcə də bax: Avtomobillərin gömrük pulu artdı – BU GÜNDƏN QİYMƏTLƏR DƏ YÜKSƏLDİ
FED.az xəbər verir ki, sadələşdirilmiş vergi dərəcəsi bütün ölkə ərazisində 2%-ə endirilir, eyni zamanda onun əhatə dairəsi məhdudlaşdırılır.
Eləcə də bax: Bu gündən energetik içkilərdən yeni vergi tutulacaq – BAŞLANDI
Sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq. İndiyədək bu vergi Bakı şəhərində 4%, digər rayonlarda 2% idi.
Eləcə də bax: Vergilər Məcəlləsinə edilən dəyişiklər nədən ibarətdir: 5 ƏSAS MƏQAM
Məcəlləyə dəyişikliklər nəticəsində, həmçinin, ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdirilimiş vergi dərəcəsi isə saxlanılır.
Amma yeni qayda heç də bütün sadələşdirilmiş vergi ödəyicilərinə aid deyil.
Vergilər Məcəlləsinin 218.1.2 ( vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər) və 218.4 maddəsinin (avtomobillə ölkə daxilndə sərnişin və yük daşıyanlar (o cümlədən taksilər), mərc oyunlarının operatoru və satıcıları, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini, eləcə də torpaq sahələrini satan şəxslər, Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər) şamil olunduğu sadələşdirilmiş vergi ödəyiciləri 2 faizlik vahid vergi tarifinin dairəsinə salınmayıb.
Eyni zamanda, sadələşdirilmiş vergini tətbiq edə bilən şəxslərin dairəsi məhdudlaşdırılıb. Bunlar işçi sayı 5 nəfərdən çox olan istehsalçılar, topdansatış ticarət fəaliyyəti, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər və sairədir.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan şəxslər növbəti ildən mənfəət, yaxud gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.
O cümlədən xidməti müqavilə əsasında fəaliyyət göstərən şəxslər bu ildən sadələşdirilmiş deyil, gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər.