Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 73 nömrəli qərarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin idxal edilən qurğular, hissələr və ləvazimatların siyahısı təkrar nəzərdən keçirilib.
Eləcə də bax: Fermerlər kredit və gömrük güzəştləri və su istəyirlər – TOPLANTI
FED.az bildirir ki, bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O bildirib ki, nazirliyin təsdiq olunan sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər idxal edilən qurğular, hissələr və ləvazimatların siyahısına uyğun olaraq idxal olunan avadanlıqların, ehtiyat hissələrin və aksesuarlara gömrük rüsumlarının ödənilməsindən azad edilir:
"Dəyişikliyə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin gömrük rüsumunun ödənilməsinin azad edildiyi idxal qurğuları, hissələr və ləvazimatların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə siyahısı genişləndirilib".
Nazir müavini qeyd edib ki, bu isə həm rezidentlərin həmin qurğu, hissə və ləvazimatlardan istifadə etməklə istehsal etdikləri məhsulların maya dəyərinin aşağı düşməsinə, eləcə də onların ixrac potensialının artmasına imkan verəcək.