Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı qaydalardakı dəyişiklikləri bu ahədə çalışan iş adamları ilə də müzakirə edib və dəyişikliklərin həyata keçirilməsində iş adamlarına dəstək verməyə hazırdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə təsdiqlənən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” müxtəlif elmi qurumları təmsil edən 20-ə yaxın alimin cəlb olunduğu Qida təhlükəsizliyi üzrə Elmi Komitədə geniş müzakirə olunub.
Müzakirələr zamanı elmi komitənin üzvləri tərəfindən bəyənilən yeni qaydalar daha sonra sahibkarlarla müzakirə edilib.
Bu məqsədlə enerji içkilərinin istehsalçıları və idxalçıları ilə görüş keçirilib. Sahibkarlara yeni qaydalar barədə ətraflı məlumat verilib və onların təklifləri dinlənilib.
Qeyd olunub ki, müəyyən olunmuş 60 gün ərzində idxalçı və istehsalçılara AQTA tərəfindən əlavə texniki dəstək veriləcək.
Bu dövr ərzində sahibkarların maarifləndirməsi məqsədi ilə tədbirlər həyata keçiriləcək və konsaltinq xidmətləri göstəriləcək.
Bu dəyişikliklər üçün iş adamlarına - KÖMƏK EDƏCƏYİK – AGENTLİKDƏN AÇIQLAMA
16:46
14 İyun 2019