Rusiyanın avtomobil istehsalçısı olan "AvtoVAZ" oktyabr ayına olan hesabatını açıqlayıb.
Fed.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. "AvtoVAZ" şirkətinin mətbuat xidmətindən agentliyə verilən məlumata görə, oktyabr ayında "LADA" avtomobilinin satışındə ötən ilin analoji dövrü ilə müqayisədə 28,6 min əlavə avtomobil satışı nəticəsində 22,9 faiz yüksəliş qeydə alınıb.
Rusiya bazarında 10 ay ərzində 249,8 min avtomobil satılıb ki, bu da ötən ilin göstəricilərindən 17,2 faiz çoxdur.
Hesabata görə, alıcılar arasında ən məşhur olan "LADA Granta"dır. Bu mərkadan 10 ay ərzində 75,9 min ədəd satılıb ki, bununla da ötən il ilə nisbətdə 7,8 faizlik artım qeydə alınıb.
"LADA Vesta"nın satışı isə ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 faiz - 61,3 min avtomobil çoxdur.
Oktyabr ayının artım tempinə görə lideri "LADA XRAY"dir. Bu yığcam şəhər maşınının satışı 10 ay ərzində 78,9 faizə çatıb.
Kommersiya avtomobilləri seqmentində "LADA" 10 ay ərzində 7,7 min maşın satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur. Lider mövqedə isə "LADA Largus" yer alır.
Bu avtomobil şirkəti satışlarını artırıb
15:44
3 Noy 2017