British Airways yemək sifarişləri xidmətləri təklif edən türk iş adamları Atilla Dogudanın sahib olduğu Do&Co şirkəti ilə razılığa gəlib.
FED.az türk mediasına istinadən xəbər verir ki, British Airways-in uçuşlarında iaşə və qida xidmətlərinin təqdim edilməsi ilə bağlı elan etdiyi açıq tenderdə Do & Co qalib olub. Buna görə Do & Co British Airways-in London Heathrow hava limanından qısa və uzun müddətli uçuşları zamanı iaşə və qida xidmətlərini təmin edəcək.
Qeyd edək ki, sözügedən müqavilə 2020-ci ildən etibarən qüvvəyə minəcək və qarşıdakı 10 il ərzində Do & Co həmin xidmətləri təyyarələrdə həyata keçiriləcək.
British Airways yeməyi türk şirkətindən alacaq
21:04
11 Sen 2018