İngiltərədə həftədə 4 gün işləmək sınağına qatılan bir çox İngilis şirkəti, 6 aylıq pilot layihəsi başa çatdıqdan sonra da bu rejimdə işləməyə davam edəcəklərini bildiriblər.
FED.az xəbər verir ki, İngiltərədə “4 Day Week Global” qeyri-kommersiya təşkilatı tərəfindən başlanan 6 aylıq pilot layihəsi ümumilikdə 3000-dən çox işçisi olan şirkətləri əhatə edib.
İlkin araşdırmalar göstərib ki, həftədə 4 gün, yəni bir gün az işləməklərinə baxmayaraq 6 aylıq sınaq müddətinin yarısında əksər firmalarda məhsuldarlıq nəinki azalmayıb, bəzi hallarda hətta artıb.
Həftədə 4 günlük sınaqda iştirak edən 73 şirkətdən 41-də sorğu keçirilib. Sorğuda iştirak edənlərin təxminən 86 faizi bu dvrdən sonra da həftədə dörd gün iş siyasətini davam etdirəcəklərini bildirib.
Şirkətlərin 95 faizi 4 günlük sınaqlarında məhsuldarlığın eyni qaldığını və ya artdığını qeyd edib.
Bu ilin sonunda başa çatacaq sınaqın nəticələrini Kembric Universiteti, Oksford Universiteti və Boston Kollecinin tədqiqatçıları qiymətləndirəcək.
Qeyd edək ki, eyni sınaq 2021-ci ildə İslandiyada da aparılıbvə onun da nəticələri uğurlu olub.
İslandiyada tədqiqatçılar 2021-ci ildə verdiyi açıqlamada dünyanın ən böyük həftədə 4 gün sınaqdan keçirilməsinin böyük müvəffəqiyyətlə nəticələndiyini bildirmişdilər.