Bravo Supermarketlər Şəbəkəsi bu gündən parkinqi ödənişli edib.
FED.az xəbər verir ki, Bravo Supermarketlərin birində parkinqin ödənişli olması barədə elan yerləşdirilib.
Eləcə də bax: BNA: “Yaxın zamanlarda Bakıda pərakəndə parklanma probleminə son qoyulacaq”
Elanda parkinqin 2 saatdan sonrakı hər saat üçün ödənişli olacağı bildirilib.
Belə ki, ilk 2 saat pulsuz, 2-3 saat arası parkinq 1 manat, 3-4 saat arası 2 manat, 4-5 saat arası 3 manat, 5-10 saat arası 6 manat, 10-24 saat arası isə 10 manatdır.