“Bravo” supermarketlər şəbəkəsi satışda olmuş çantaları ilə bağlı paylaşımlara aydınlıq gətirib.
Eləcə də bax: Ermənistan 3 milyon avroya görə “konyak” adından - İmtina Etdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb: “Bu çantalar Çində istehsal olunmuş məhsullardır və yerli təchizatçı tərəfindən Bravo və digər satış nöqtələrinə tədarük olunub.”
Məsələnin həssaslığı nəzərə alınaraq məhsul satışdan qaldırılıb və təchizatçıya iadə olunub.
Qeyd edək ki, marketdə erməni logosu olan, üzərində “Armat Sport” yazısı olan çantalar satışda olub.